PostGlimpse

Dive Deep into Creativity: Discover, Share, Inspire

Şəhriyar - Blog Posts

8 years ago
Məhəmmədhüseyn Şəhriyar- Yalan Dünya. Bu Dünya Fanidir, Fani, Bu Dünyada Qalan Hanı? Davud

Məhəmmədhüseyn Şəhriyar- Yalan Dünya. Bu dünya fanidir, fani, Bu dünyada qalan hanı? Davud oğlu Süleymanı Təxt üstündən salan dünya.

Sənin bəhrən yeyən kimdir? Kiminkisən? Yiyən kimdir? Sənə doğru deyən kimdir? Yalan dünya, yalan dünya! Səni fərzanələr atdı, Qapıb divanələr tutdu, Kimi aldı, kimi satdı, Satan dünya, alan dünya, Atı əzəl dağa saldıq, Yorulduqca dalı qaldıq. Atı satdıq, ulaq aldıq, Yəhər oldu palan, dünya. Çatıb səndən keçən keçdi, Əcəl camın içən keçdi, Olan-oldu, keçən-keçdi, Nə istirdin alan dünya. Boğulaydın doğan yerdə, Doğub, xalqı boğan yerdə, Oğul nəşin oğan yerdə Ana zülfün yolan dünya. Qazanıb, hey talanıbsan, Qalanıb hey calanıbsan, Əzəldən çalxalanıbsan, Yenə də çalxalan, dünya! Nənə qarnı ilk beşiyin, Qəbristanlıq sən deşiyin. Nə içərin, nə eşiyin, Qaranlıq bir daları dünya. Səni bayquşlar alqışlar, Dəli viranəni xoşlar. Dolan əqlə səni boşlar, İçi boşla dolan dünya. Sənə Qarunlar allandı, Qızıldan təlli qallandı, Batıb zülmatə quylandı, Ölüb təlli qalan dünya. Ocaq ikən sönəymişsən, Çanaq ikən çönəymişsən, Nə pis qan nənəymişsən Nağıl! Yalan-palan dünya. Biri ayna, biri pasdır, Biri aydın, biri kasdır, Gecə toydur, səhər yasdır, Gül içində solan dünya. İgidlərin başın yeyən, Qocalar bozbaşın yeyən, Qəbirlərin daşın yeyən, Özü yenə qalan dünya! Nə qandın, kim gül əkəndir? Kim qılınc tək qan tökəndir? Teymur hələ kürəkəndir, Çingiz canın alan dünya. Yaman qurğu, yığılaydın! Tufanlarda boğulaydın! Noleydi bir dağılaydın, Bizi derdə salan dünya.

öz səsindən : https://youtu.be/QtxO_iA8A2w


Tags
8 years ago
Məhəmmədhüseyn Şəhriyar : Yar Qasidi

Məhəmmədhüseyn Şəhriyar : Yar Qasidi

Sən yarımın qasidisən Əyləş sənə çay demişəm

Xəyalinı göndəribdir Bəs ki mən axvay demişəm

Ax gecələr yatmamışam Mən sənə laylay demişəm

Sən yatalı mən gözumə Ulduzları say demişəm

Hər kəs sənə ulduz deyə Özüm sənə ay demışəm

Səndən sora həyatə mən Şirindirsə zay demişəm

Hər gözəldən bir gul alıb Sən gözələ pay demişəm

Sənin gün tək batmağıvı Ay batana tay demişəm

İndi yaya qış deyirəm Sabiq qışa yay demişəm

Gah toyunu yadə salıb Mən dəli nay nay demişəm

Sonra yenə yasə batıb Ağları hayhay demişəm

Ətək dolu dərya kimi Göz yaşima çay demişəm

Ömru surən mən qara gün Ax demişəm vay demişəm

Öz səsindən : https://youtu.be/bCGNRYTu6Dg


Tags
Loading...
End of content
No more pages to load
Explore Tumblr Blog
Search Through Tumblr Tags